ABŞ bu ölkədən gələn qaçqınları deportasiya edəcək

ABŞ bu ölkədən gələn qaçqınları deportasiya edəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) vitse-prezidenti Kamala Harris Qvatemaladan ölkəsinə qanunsuz gələn immiqrantların deportasiya ediləcəyini bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Kamala Harris  xaricə olan ilk səfərini Qvatemalaya reallaşdırıb.

Bu ölkədəki təmasları çərçivəsində Prezident Alejandro Giammattei tərəfindən qəbul edilib.

Harris və Giammattei çoxtərəfli görüşlərdən sonra mətbuat konfransı təşkil edib.

Giammattei jurnalistlərə açıqlamasında son zamanlarda artan miqrant böhranının problem təşkil etdiyini ifadə edərək: “Birgə əməkdaşlığımızı tələb edən səbəblər var. İnsanlar öz ölkələrində yaşamaq üçün bir sıra imkanlara sahib olmalıdılar öki, onları özgə ölkələrdə axtarmayaq”, -deyə bildirib.

Harris isə Qvatemalaya səfərini qanunsuz immiqrasiya, zorakılıq və korrupsiya məsələlərini müzakirə etmək üçün reallaşdırdığına diqqət çəkib və ABŞ-a qanunsuz yollarla köç edən Qvatemalaya immiqrantlarının deportasiya ediləcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR