ABŞ bin Salmana qarşı çevrilişi dəstəkləyə bilər

ABŞ bin Salmana qarşı çevrilişi dəstəkləyə bilər

Səudiyyə Ərəbistanı şahzadələri vəliəhd Muhəmməd bin Salmana qarşı mümkün sui-qəsdi dəstəkləyə bilərlər.

Rasthaber Azərbaycan  “Farsnews”a istinadla xəbər verir ki, hazırda Co Baydenin rəhbərliyi altında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Səudiyyə Ərəbistanı hökuməti ilə necə davranacağını analiz edir.

Hərbi məsələlər və təhlükəsizlik üzrə ekspert Conatan Bruder bildirib ki, uzun müddət Qərbi Asiya regionunda çalışmış MKİ-nin sabiq əməkdaşları Bayden administrasiyasının Səudiyyə Ərəbistanında mümkün çevriliş olacağı təqdirdə buna dəstək verməsinin məqsədəuyğunluğunu araşdırır.

MKİ-nin sabiq agentlərindən Duqlas Londonun sözlərinə görə isə, Səudiyyə şahzadələrinin bin Salmana qarşı yönələn sui-qəsd planını ABŞ-a təklif edəcəkləri təqdirdə, Amerikanın rəsmi şəxsləri ən azından onların təklifinə diqqət ayıracaqlar.

Xəbəri paylaş

VİDEOLAR