"ABŞ Avropa siyasətçilərini öz istədiyi mövqedən çıxış etməyə məcbur edir"

Rusiya Dumasının spikeri bildirib ki, ABŞ avropalı siyasətçilərə təzyiq göstərməklə onları mövqelərini dəyişməyə, ABŞ-ın istədiyi mövqedən çıxış etməyə məcbur edir.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Almaniya prezidentinin Rusiyaya qarşı münasibətini dəyişməsini tənqid edən Vyaçeslav Volodin bildirib ki, Vaşinqton Ukrayna prezidenti Vladimir Zelinski ilə etdiyi kimi avropalı siyasətçilərin də gələcəklərini məhvə sürükləyəcək addımlar atmağa məcbur edir.


Rusiya Dumasının spikeri Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Rusiya ilə sıx əlaqələri olduğuna görə Kiyevin onu qarşılamaq istəməməsinə işarə edərək bildirib ki, Ştaynmayer məhz Vaşinqtonun təzyiqlərindən sonra Rusiyaya qarşı mövqeyini dəyişmək məcburiyyətində qaldı.

Qeyd edək ki, Almaniya prezidenti çərşənbə günü Estoniya, Latviya, Litva və Polşa prezidentləri ilə Kiyevə səfər etməyi planlaşdırsa da, Zelenski (Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Rusiya ilə sıx əlaqələri olması səbəbindən) bu tələbi rədd edib.

 

Xəbəri paylaş

VİDEOLAR