Bu barədə ABŞ Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ 29 avqustda Kabildə avtomobilə endirdiyi hava zərbəsi nəticəsində 7-si uşaq olmaqla, 10 dinc sakinin həyatını itirdiyini nəhayət ki, etiraf edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi bildirib.
O deyib ki, ABŞ hərbçiləri “faciəvi xətaya” yol verib.
Onun sözlərinə görə, ABŞ daha həmin avtomobil və həlak olan insanları İŞİD terror təşkilatı ilə əlaqəli olduğunu və ya ABŞ qüvvələrinə birbaşa təhdid mənbəyi olduğu az ehtimallı hesab edir.
Makkenzi ABŞ-ın bu hərbi cinayətinə bəraət qazandırmağa çalışaraq faciə qurbanlarının yaxınlarını “dərin başsağlığı” verib və bunun “xəta” olduğunu deyib.