ABŞ İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, ABŞ İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı Almaniyaya evakuasiya edib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında təxminən 120 nazirlik heyətinin dünən İsraildən Almaniyaya getdiyini, "Bu şəxsi heyətin İsraildən çıxarılma qərarı israilli həmkarlarımızla koordinasiya edilərək verildi" deyib.
Kirbi ABŞ personalının illik təlimləri planlaşdırma konfransı üçün İsraildə olduğunu və vəzifələrini bu həftənin sonuna qədər bitirmələrinin gözlənildiyini ifadə edib:
"Bununla yanaşı, bu insanların İsraildən çıxarılması işini sürətləndirdik".
Bu heyətin qısa müddətdir orada olduğunu qeyd edən Kirbi deyib:
"Dediyim kimi, planlaşdırma konfransı üçün orada idilər və ehtiyat səbəbləri ilə bir neçə gün əvvəl onları təhlükəsiz şəkildə Almaniyaya gətirdik" ifadələrindən istifadə edib.
Sözçü ABŞ-ın İsraildə neçə əsgərinin olduğu barədə suala ABŞ-ın orada bazası olmadığını və çox az əsgər olduğunu söyləyib.