İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi danışıqlar aparmaq üçün Suriyaya gedib.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyanın Latakiya şəhərinə gedib.
Nazir Əmir Abdullahiyan zəlzələ bölgəsinə səfər etdikdən sonra Dəməşq şəhərində Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.
İranın xarici işlər naziri Əmir Abdullahiyan dünən Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib.