İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya xarici işlər naziri Feysəl Mikdad və Qətər xarici işlər naziri Şeyx Məhəmməd Əl Tani ilə telefon danışığı aparıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Qəzzada baş verən son hadisələr müzakirə edilib.
İran və Qətər XİN rəhbərləri müvəqqəti atəşkəs və ya müharibənin miqyasının genişləndirilməsi ehtimalı ilə bağlı bəzi təklif olunan təşəbbüsləri müzakirə edib.