İsrail ordusunun Qəzza sektoruna hücumları qorxulu səviyyəyə çatıb.
Az.rasthaber.com ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib.
“Qərbi Asiya (Yaxın Şərq) regionundakı vəziyyət bütün ölkələr üçün qorxulu həddə çatıb, səbəb isə ABŞ və bir sıra Avropa ölkələri tərəfindən İsrailə ağılsız dəstəyidir, həmçinin Qəzza əhalisinə qarşı törədilən qırğın və soyqırımıdır. Vəziyyət üzərindəki nəzarət istənilən an bütün tərəflərin əlindən çıxa bilər“, – deyə o qeyd edib.
Abdullahian vurğulayıb ki, İsrailin Qəzzaya olan hücumları dərhal dayandırılmalıdır və Qəzzaya humanitar yardımın çatdırılması istiqamətindəki maneələrə aradan qaldırılmalıdır.
O əlavə edib ki, “fələstinli qrupların öz torpaqlarını İsraildən müdafiə etmək hüququ var və bu, beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğundur“.