Abdullahiyan: İran Ukraynada müharibəyə qarşıdır

Abdullahiyan: İran Ukraynada müharibəyə qarşıdır

İran ukraynalı qadın və uşaqların vəziyyətindən narahatdır.

Az.rasthaber.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beynəlxalq Nüfuzlu Qadınlar Konqresində çıxışında deyib.

O bildirib ki, İran Fələstin, Yəmən, Əfqanıstan, Ukrayna və eləcə də böhran vəziyyətində olan digər ölkələrdə qadın və uşaqların vəziyyətindən narahatdır.

İranın prezident və xarici işlər nazirləri səviyyəsində Ukrayna müharibəsində var gücü ilə atəşkəs əldə etməyə və tərəfləri sülhə yönəltməyə çalışdığını deyən diplomat bildirib ki, İran müharibəyə ciddi şəkildə qarşıdır.

Xəbəri paylaş

VİDEOLAR