Abdullahiyan: İran Rusiyaya PUA satmayıb

Abdullahiyan: İran Rusiyaya PUA satmayıb

İran İslam Respublikasının xarici işlər naziri Rusiyaya PUA-ların satılması xəbərlərinə münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, Hüseyn Əmir-Abdullahiyan bildirib ki, Tehran Ukraynadakı münaqişədə heç bir tərəfi dəstəkləmir, Kiyevə və ya Moskvaya silah göndərilməsini yanlış hesab edir.

İranlı nazir “Al-Monitor”un sualını cavablandırarkən deyib: "Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləmiz var, lakin biz Ukrayna müharibəsini uzatmamaq üçün onun heç bir tərəfini dəstəkləmirik. İstər Ukrayna, istər Yəmən, istərsə də Fələstində istənilən müharibəyə qarşı qətiyyətlə dayanırıq"

O əlavə edib: "Biz Ukraynada sülh və atəşkəsə nail olmaq səylərində iştirak etmişik. Hesab edirik ki, hər hansı bir tərəfin Ukrayna və Rusiyaya silah göndərməsi düzgün deyil. Biz bu böhranı siyasi danışıqlar yolu ilə həll etmək üçün siyasi dialoqu təşviq etməyə davam edəcəyik"

Bundan əvvəl rəsmi Moskva ABŞ mətbuatının İranın Rusiyaya PUA-lar verməsi ilə bağlı xəbərlərini şərh edərək, ABŞ mediasının “çoxlu yanlış məlumat yaydığını” bildirib.

Xəbəri paylaş

VİDEOLAR