Abdullahiyan: İfadə azadlığı bəhanəsi ilə inanc və dəyərlər təhqir edilir

Abdullahiyan: İfadə azadlığı bəhanəsi ilə inanc və dəyərlər təhqir edilir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin dünən axşam onlayn rejimdə keçirilən iclasında çıxış edib.

Az.rasthaber.com xəbər verir ki, Abdulahiyan deyib:

"Bugünkü iclas İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qurana və İslam dininin dəyərlərinə qarşı təhqirlərə qarşı mübarizə səylərinin davamı kimi qiymətləndirilməlidir.

İslam ölkələrinin təmsilçisi olaraq keçirdiyimiz bu görüş təkcə islamafobiyaya, müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliyə deyil, digər dinlərə qarşı da hörmətsizliyə qarşı durmağın göstəricisidir".

Avropa ölkələrinin İslamofobiyaya münasibətini də tənqid edən Əmir Abdullahiyan deyib:

"Təəssüf ki, bəziləri inanc və dəyərləri “ifadə azadlığı hüququnu” dəstəkləmək bəhanəsi ilə təhqir edir və bəzi Avropa dövlətləri tərəfindən rəsmi şəkildə dəstəklənir".

Xəbəri paylaş

VİDEOLAR