Abdullahiyan: Davamlı atəşkəs və Qəzzada problemin həlli üçün zəmin hazırdır

Abdullahiyan: Davamlı atəşkəs və Qəzzada problemin həlli üçün zəmin hazırdır

ranın xarici işlər naziri dedi: Biz düşünürük ki, amerikalılar və qərblilər vədlərinə əməl etsələr və ona sadiq olsalar, bu regionda sabit atəşkəs və problemlərin həlli üçün zəmin hazırdır.

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, İranın  xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün - 8 may çərşənbə günü Qəzzada atəşkəslə bağlı hökumət heyətinin iclası çərçivəsində deyib: Netanyahu və ekstremistlər təbii olaraq müharibəni davam etdirməyə çalışırlar, çünki atəşkəs onlar üçün yeni böhran demək olar.

O, deyib: Dəməşqdəki səfirliyimizə qarşı beynəlxalq qayda və konvensiyalara qarşı edilən həyasız hücumdan sonra biz xəbərdarlıq etdik ki, əgər bizim fəaliyyətimizin hər hansı mərhələsində ABŞ İran İslam Respublikasının maraqlarına qarşı addım atarsa, bizim cavabımız bölgədəki Amerika bazalarına qarşı dərhal və qəti olacaq.

Ölkəmizin xarici işlər naziri əlavə etdi: Əməliyyat başlamazdan əvvəl əsasən qonşu ölkələr diplomatiya yolu ilə bizə elan etdilər ki, biz İrana öz ölkəmizdən heç bir təcavüzə icazə verməyəcəyik.

Əmir Abdullahiyan xatırladıb: Ümid etmək olar ki, İranın sionist rejimin dikbaşlığına cavabı regiondakı böhranın tez bir zamanda səngiməsinə və fələstinlilərin hüquqlarının bu çərçivədə təmin olunmasına kömək edəcək. Şübhəsiz ki, biz qonşularımızla, bütün region və dünya ölkələri ilə dostluq və əməkdaşlıq istiqamətində irəliləyirik.

O, Rafael Qrossinin İrana səfərini müsbət qiymətləndirərək dedi: Qrossi qanuni şəkildə hərəkət etdiyi zaman, işlər yaxşı gedib, lakin hər dəfə xarici təzyiqlərdən təsirlənəndə, xoşagəlməz hallar yaranırdı.

Əmir Abdullahiyan Qəzzada atəşkəslə bağlı dedi: “Doğru vəd” əməliyyatının həyata keçirilməsinə qərar veriləndə qərblilər və xüsusən də ABŞ-ın Avropadakı müttəfiqləri bizimlə çox intensiv təmaslar qurdular. Onların birinci tələbi təmkinli olmaq və sionist rejimin Suriyadakı İran konsulluğuna hücumla bağlı cinayət əməlinə cavab verməmək oldu. Biz isə, İsrailə mütləq cavab veriləcəyini söylədik.

Xəbəri paylaş

VİDEOLAR