65 gündür aclıq edən fələstinli əsir azad olundu

65 gündür aclıq edən fələstinli əsir azad olundu

Fələstinli əsirlər kütləvi aclıq aksiyasına başlamışdılar

Rasthaber Azərbaycan İran mediasına istinadən istinadən xəbər verir ki, fələstinli əsirlər barədə informasiya ofisi bildirib ki, Qəzənfər Əbu-Ətvan sionist rejimlə 65 gün mübarizədən sonra bu rejimdən öz azadlıq hökmünü alıb.

Bu fələstinli əsirin vəkili Cavad Boulus da təsdiq edibdir ki, Əbu-Ətvanın idari həbs hökmü ləğv edilib və o, dünən gecə azad edilib.

Sionist rejim 28 yaşlı Əbu-Ətvanı 2020-ci ilin oktyabrında əsir götürdü və barəsində hər biri altı ay olmaqla iki həbs hökmü verdi. Əbu-Ətvan da cari il iyunun beşində öz idari həbsinə etiraz olaraq aclıq elan etdi.

Əbu-Ətvanın aclıq aksiyasının davam etməsinin ardınca fələstinli mənbələr son günlər onun vəziyyətini son dərəcə ağır elan etdilər.

Fələstin muxtariyyətinin xarici işlər naziri Əlmaliki çərşənbə günü sionist rejim məhbəslərinin əsirlərə qarşı siyasətlərinin geniş şəkildə pislənilməsi üzrə səy və bu rejimi rüsvay etmək istiqamətində beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini istədi.

Xəbəri paylaş

VİDEOLAR