50 min hamilə fələstinlinin həyatı təhlükədədir - BMT

50 min hamilə fələstinlinin həyatı təhlükədədir - BMT

İsrailin tam blokadası altında olan Qəzza sektorunda təxminən 50 min hamilə xanım təməl tibbi xidmətlərdən məhrumdur.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-dən bəyan edilib.

Qeyd edilib ki, bu ay Qəzzada 5 500 hamilə xanım övlad dünyaya gətirəcək.

Bildirilib ki, Qəzza sektorundakı hamilə xanımların təcili müdafiə və sağlamlıqla bağlı tibbi qayğıya ehtiyacı var.

Təşkilat İsraili beynəlxalq insan hüquqları standartlarına riayət etməyə çağırıb.

BMT rəsmisi Dominik Allen deyib ki, Qəzzanın səhiyyə sistemi çox həssas vəziyyətdədir və hər an çöküş yaşaya bilər.

Mühasirə altında olan Qəzzadakı hamilə xanımların vəziyyəti ilə bağlı narahatlığını ifadə edən Allen Qəzzanın humanitar yardımla təmin edilməli olduğunu və hamilə xanımların tibbi xidmətlərə çıxışın təminatının zəruriliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR