361 Taliban döyüşçüsü əsirlikdən azad olundu - Əfqanıstanda

361 Taliban döyüşçüsü əsirlikdən azad olundu - Əfqanıstanda

Əfqanıstan hakimiyyəti "Taliban"ın 361 üzvünü əsirlikdən azad edib.

Rasthaber Azərbaycan apa-ya istinadən xəbərinə görə, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal məlumat verib.

Öz növbəsində Taliban da 20 əsiri azad edərək Qəndəharda BQXK nümayəndələrinə təhvil verib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad tərəfləri məhbus mübadiləsi prosesini sürətləndirməyə çağırıb.

Qeyd edək ki, bu ilin fevralın sonlarında Qətərdə ABŞ və "Taliban" 18 ildən çox davam edən müharibədə ilk sülh sazişini imzalayıb. Saziş 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılması yollarına baxılacağını və məhbus mübadiləsi sazişindən sonra mart ayında Əfqanıstanda daxili diloqun başlayacağını özündə ehtiva edirdi.

Əfqanıstan hakimiyyəti və “Taliban” nümayəndələri aprelin 2-də məhbus mübadiləsinə başlamağa razılıq versələr də, proses yenidən təxirə salınıb. Aprelin 7-də "Taliban" məhbusların sərbəst buraxılmasının təxirə salınması səbəbindən Əfqanıstan hökuməti ilə danışıqların dayandırıldığını elan edib. 

Xəbəri paylaş

VİDEOLAR