34-cü beynəlxalq İslami Vəhdət konfransının iştirakçıları vahid bir ümmətin və yeni bir İslam sivilizasiyasının reallaşması üçün İslami Birliyin yaradılması vacibliyini vurğulayıblar.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, dünən gecə verilən bu bəyanatda deyilir ki, vahid bir ümmətin və yeni bir İslam sivilizasiyasının reallaşması üçün İslami Birliyin yaradılması zəruridir.
"Bu birlik İslam dünyasının həmkarlıqları və müsəlman xalqların sinerjisini qaydaya salmağa və islami xalqların özlərini qurmaları yolu ilə İslam dünyasında təcavüz və təfriqənin qarşısını almağa qadirdir.", -deyə bəyanatda qeyd edilir.
Konfrans iştirakçıları həmçinin bəzi islami ölkələrin başçılarının sionist rejimlə münasibətləri adiləşdirmək üzrə rəftarlarından təəssüflənərək bunu pisləyiblər: " Fələstin İslam dünyasının birinci məsələsi olmaqda davam edir və bu məsələnin unudulması üzrə bütün səylər və ya bu xüsusda “əsrin sövdələşməsi” kimi hər cür təhrif və saziş uğursuzluğa məhkumdur."
Konfrans iştirakçıları həmçinin qeyd ediblər ki, səhiyyə nazirlərinin yığıncağının keçirilməsilə islami ölkələr COVID-19 pandemiyası xüsusiyyət təşkil etməklə dünyadakı bütün yoluxucu xəstəliklərin profilaktikası, müalicəsi və onlarla mübarizə üçün bir-birilərinin imkanlarından maksimum tərzdə istifadə etsinlər.
34-cü beynəlxalq İslami Vəhdət konfransı bir həftə bundan öncə virtual formada işə başladı. Konfransda 120 iranlı şəxsiyyət də daxil olmaqla 47 ölkədən 167-dən çox görkəmli şəxsiyyət çıxış edib.