Sionist rejimin geniş çaplı əngəlləmələrinə baxmayaraq 30 min fələstinli Əl Əqsa məscidində cümə namazına qatılıb.
Rasthaber Azərbaycan-ın "Tasnim" agentliyinə istinadlı xəbərə görə, Məscidi Əqsa İşləri və Qüds İslami Vəqflər İdarəsi müdiri Azam al Xatib bu gün verdiyi açıqlamada bildirib ki, dünən, cümə günü İsrailin təzyiq və problem yaratmalarına baxmayaraq 30 min fələstinli Əl Əqsa məscidində cümə namazına qatılıb.
Əl Xətib fələstinli vətəndaşların İsrailin həyata keçirdiyi bütün sərt və fövqəladə tədbirlərinə baxmayaraq bu namaza qatıldıqlarını deyib.
Əqsa Məscidi sionist köçkünlər və hərbçilərin tez-tez basqın etdiyi məkanlardan birin çevrilib. Fələstin Üləması və rəsmiləri bildirir ki, İsrail bu addımlarla bu bölgədəki müsəlman və xristian kimliyi yox etmək, Beytul Müqəddəsi yahudi bir məkana döndərmək istəyir.