259 nəfər hərəkət edə bilməyən yaralı Şəfa xəstəxanasında qalıb

259 nəfər hərəkət edə bilməyən yaralı Şəfa xəstəxanasında qalıb

Qəzza zolağındakı Fələstinin Səhiyyə Nazirliyi hərəkət edə bilməyən 259 yaralının Şefa xəstəxanasında qaldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə-nin məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qədərə sionist işğalçıların Qəzza zolağının müxtəlif bölgələrində cinayətləri artırdığını elan edib.

Əl-Qədərə sözlərinə əlavə edərək deyib: "Bu cinayətlər işğalçıların Qəzza zolağının sakinlərini zorla köçürmək arzusunu həyata keçirmək motivi ilə baş verir.

İşğalçılar bu yerə ağır hücumu əsaslandırmaq üçün heç bir səbəb göstərmədən Şəfa xəstəxanasını dağıtdılar. Dünən bizdən 5 min köçkünün, 650 xəstə və yaralının yerləşdiyi Şəfa xəstəxanasını boşaltmağı tələb etdilər."

Xəbəri paylaş

VİDEOLAR