2019-da Azərbaycana ən çox dərman idxal edən 5 ölkə

2019-da Azərbaycana ən çox dərman idxal edən 5 ölkə

2019-cu ildə Azərbaycan $261 milyon 309,04 min ümumi məbləğdə dərman vasitəsi idaxl edib.

Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.

Ötən il Azərbaycan $261 milyon 309,04 min məbləğdə (artım 3%) 15,819 min ton dərman vasitəsi idaxl edib (2018-ci illə müqayisədə azalma 2% - İF).

2019-cu ildə Azərbaycana dərman vasitələrinin əsas idxalçıları Türkiyə, Almaniya, Fransa, İsveçrə və Ukrayna olub.

Xüsusilə, ötən il Türkiyədən $31 milyon 774,44 min, Almaniyadan - $23 milyon 705,8 min, Frаnsadan – $23 milyon 44,8 min, İsveçrədən - $16 milyon 172,44 min, Ukrаynаdan - $11 milyon 911,56 min məbləğində idxal həyata keçirilib.

O cümlədən, Azərbaycana dərman vasitələri idaxlçılarının TOP-10-a Hindistan ($11 milyon 558,51 min), İtaliya ($10 milyon 977,7 min), Rusiya ($10 milyon 735,9 min), Slоvеniya ($8 milyon 38,87 min) və Avstriya ($6 milyon 519,43 min) daxildir.

Xəbəri paylaş

VİDEOLAR