20 Yanvar hadisələrində Bakıya qoşun yeridən Yazov öldü

20 Yanvar hadisələrində Bakıya qoşun yeridən Yazov öldü

Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələri vaxtı Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı tənqid olunur

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, 20 Yanvar faciəsində əli olan SSRİ generalı Dmitri Yazov 90 yaşında ölüb.

O, Sovet İttifaqının sonuncu marşalı və cəmi dörd il SSRİ müdafiə naziri vəzifəsini icra etmiş Yevgeni Şapoşhikov istisna olmaqla, SSRİ-nin sonuncu müdafiə naziri olub.

Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələri vaxtı Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı tənqid olunur. O, əməliyyata nəzarət etmək üçün Bakıya yanvarın 14-də, Siyasi Büronun nümayəndə heyəti ilə birlikdə gəlmişdi.

Sabiq müdafiə naziri həmçinin, 1991-ci ildə baş verən çevriliş cəhdində öz iştirakına görə yadda qalıb. Avqust hadisələrinə klassik hərbi çevrilişin bütün əlamətləri xas idi və belə təssürat yarana bilər ki, müdafiə naziri çevriliş cəhdinin əsas iştirakçısıdır.

Lakin Valentin Stepankov və Yevqeni Lisovdan ibarət istintaq komissiyasının materiallarına əsasən, Fövqəladə Komitənin digər üzvləri ilə müqayisədə Yazovun təqsiri nisbətən az olub: o, çevrilişin hazırlanmasında iştirak etməyib, ona son anda qoşulub və üç dramatik gün ərzində baş verənlərə şübhə ilə yanaşıb.

Xəbəri paylaş

VİDEOLAR