Avstraliyada 20 dəqiqə ərzində cavabı çıxan koronavirus testi hazırlanıb.
Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, Monash Universitetinin alimləri testin aparılması üçün 25 ml qan nümunəsi lazım olduğunu bildirib.
Məlumata görə, bu testlə analiz götürülən şəxsin koronavirus xəstəsi olub-olmaması və ya qısa müddət öncə bu xəstəliyi keçirib-keçirmədiyi müəyyənləşəcək.
Test antikorların antigenlərlə bağlanmasına əsaslanır. Qeyd edilib ki, bundan koronavirusa qarşı vaksinin cavabını müəyyənləşdirməkdə də istifadə ediləcək.