2 minə yaxın fələstinli Əqsa məscidinə daxil ola bilmədi

2 minə yaxın fələstinli Əqsa məscidinə daxil ola bilmədi

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Az.rasthaber.com "eastnews.org"-a istinadən xəbər verir ki, işğalçı İsrail rejimi İordan çayının qərb sahilindən gələn 2 minə yaxın fələstinlini Əqsa məscidinə keçmələrinə icazə verməyib.

Məlumatda vurğulanır ki, Əqsa məscidinə girişlərinə icazə verilməyən şəxslər avtobuslarla İordan çayının qərb sahilindəki bölgələrə geri göndəriliblər.

Fələstin Muxtariyyəti yaydığı bəyanatda baş verən hadisəni qınayıb və İsrail rejimini inanc azadlığına qarşı yönələn addım atdığını xatırladıb.

Xəbəri paylaş

VİDEOLAR