19 milyon yəmənli aclıqla mübarizə aparır - BMT

19 milyon yəmənli aclıqla mübarizə aparır - BMT

“Hazırda Yəməndə 19 milyondan çox insan aclıq çəkir ki, bu da 2015-ci ildən (Səudiyyə koalisiyasının Yəmənə hücum edib mühasirəyə almağa başladığı vaxt) indiyə qədər ən yüksək göstəricidir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda bildirilib.

Birləşmiş Millətlər Təşkilatının rəsmi sözçüsü Stiven Düjarrik, BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında, Yəmən xalqının acınacaqlı durumu ilə bağlı açıqlamalar verib.

Düjarrik açıqlamasında bildirib:

"Hazırda 8 milyondan çox yəmənli qadın və uşağın ərzaq yardımına ehtiyacı var və Yəməndə daha 160 min insan aclıq astanasındadır. Uşaqlar arasında vəziyyət daha da təhlükəli olub. 500 min yəmənli uşaq qida çatışmazlığından əziyyət çəkir. 

Yəməndə humanitar yardım sektorunda çalışan həmkarlarımız orta aclıq səviyyəsinin 2015-ci ildən bəri ən yüksək həddə çatdığını bildiriblər".

Yəmənə beynəlxalq humanitar yardımların azalmaması lazım olduğuna işarə edən BMT rəsmisi deyib:

"Hazırda Yəməndə 5 milyon insan gündəlik ehtiyaclarının yalnız yarısını, daha 3 milyon insan isə əsas ehtiyaclarının (qida, içməli su) yalnız üçdə birini ödəyə bilir".

Xəbəri paylaş

VİDEOLAR