15 Mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilib

15 Mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilib

BMT Baş Assambleyası çərşənbə axşamı yekdilliklə “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” adlı qətnamə qəbul edib.

Az.rasthaber.com "Oxuinfo"ya istinadən xəbər verir ki, qətnaməyə əsasən, martın 15-i Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü adlandırıb.

Qətnaməni İslam ölkələri təqdim edib və bu qətnamə üzrə danışıqlara İran və daha beş ölkə rəhbərlik edib.

İslam ölkələri, o cümlədən İran, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İndoneziya danışıqlara rəhbərlik edib və islamofobiya ilə mübarizədə qətiyyətli olduqlarını təsdiqləyiblər.

Bu qətnamə müsəlmanlara qarşı hər hansı nifrət ifadəsini və zorakılığı pisləyir. O, sülhü və dözümlü olmağı artırmaq üçün beynəlxalq səyləri gücləndirməyə çağırır.

Qətnamə BMT-ni və digər beynəlxalq təşkilatları islamofobiya ilə mübarizədə bu günü təbliğ etməyə və səmərəli şəkildə qeyd etməyə çağırır.

Xəbəri paylaş

VİDEOLAR