Avropa İttifaqına üzv olan 15 ölkə Fələstinə təcili yardım göstərilməsini istəyib.
Bildirilir ki, bəzi dərsliklərin məzmununda antisemitizm materialları olduğu bahanəsi ilə bu günədək Fələstin üçün nəzərdə tutulmuş yardımlar təxirə salınıb.
İrlandiya başda olmaqla 15 Avropa ölkəsi 2021-ci ildə də Aİ-nin Fələstinə yardımlarının gecikdirilməsinin nəticələri barədə narahat olduqlarını dilə gətiriblər.
Bu ölkələrin xarici işlər nazirləri Fələstinə təcili yardım göndərilməsi məsələsini Lüksemburqda Aİ-nin yüksək rütbəli diplomatları ilə görüşdə müzakirə etməsi planlaşdırılır.
Onlar yardımın dərhal çatdırılmasına çağırıblar. Çünki Fələstin Administrasiyası hazırda çətin vəziyyətdədir və ağır maliyyə böhranı yaşayır.