102 yaşlı nənə prezidentliyə namizədliyini verəcək

102 yaşlı nənə prezidentliyə namizədliyini verəcək

Nigeriyanın ən yaşlı sakinlərindən biri olan Nonye Jozevina İzeanaçe prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Az.rasthaber.com "Krasnaya Vesna"-ya istinadən xəbər verir ki, 102 yaşlı nənə 2023-cü ildə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək fikrini öz ölkəsinə yardım etmək imkanı kimi gözdən keçirir.

O, həmçinin nigeriyalıları öz övladlarını yaxşı oxutmağa çağırıb ki, onlar daha yaxşı həyati nailiyyətlərə imza ata bilsinlər.

Qeyd edək ki, İzeanaçe, yaşının yüksək olmasına baxmayaraq, aktiv ictimai həyat sürür. O, "Nigeriyanın yaşlı vətəndaşlarının səsi" təşkilatına başçılıq edir, Nigeriya və Afrika ölkələrinin humanitar problemləri ilə məşğul olur.

O, uzun illərdir davam edən ictimai fəaliyyəti ərzində "Afrikanın anası" ləqəbini qazanıb.

Xəbəri paylaş

VİDEOLAR