1000-dən çox müəllim vaksinasiya olunub

1000-dən çox müəllim vaksinasiya olunub

Artıq 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib.

Rasthaber Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür:

"Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib. Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir. Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Xəbəri paylaş

VİDEOLAR