İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ABŞ-in NBC telekanalına müsahibəsində İranın heç kimə sui-qəsd planının olmadığını və biz Donald Trampa sui-qəsd cəhd etmədiyimizi və heç vaxt belə bir şey etməyəcəyimizi vurğulayıb.
Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.
Sionist rejimin radikal daxili təhlükəsizlik naziri Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə bu rejimlə HƏMAS arasında davam edən dolayı atəşkəs danışıqlarında əldə edilən irəliləyişə narazılığını bildirərək, atəşkəs razılaşmasının və Qəzzə zolağında soyqırım müharibəsinin dayandırılmasının əleyhinə olduğunu və belə bir razılaşmanın İsrailin HƏMAS qarşısında təslim olması olduğunu deyib.
Rusiya Xarici İşlər naziri deyib: “Cümə günü, yanvarın 17-də Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkiyan tərəfindən imzalanacaq hərtərəfli strateji razılaşma heç bir başqa ölkəyə qarşı deyil, məqsəd iki ölkənin təhlükəsizliyini təmin etməkdir.”
Fələstin mücahidləri hərəkatı öz bəyanatında Cenin düşərgəsinin Fələstin Muxtariyyətini qüvvələri tərəfindən mühasirəyə alınmasını sionist düşmənin xeyrinə hesab edib.