İsrail mediası Səudiyyə Ərəbistanının son on iki günlük müharibədə sionist rejimə qarşı hava hücumlarının dəf edilməsində rol oynadığını iddia edib və Ər-Riyad hələlik bu iddiaya cavab verməyib.
Qəzza hökuməti işğalçı İsrail ordusunun son 48 saat ərzində 26 qırğın törətdiyini, 300-dən çox insanın şəhid olmasına, yüzlərlə insanın yaralanmasına səbəb olduğunu açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru bəzi alman media orqanlarının yəhudi məkanlarına hücum planı ilə bağlı iddialarını tamamilə rədd edib və kəskin şəkildə pisləyib.
Bəhreyn şiələrinin lideri, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabının rəhbəri Ayətullahül-üzma Seyyid Əli Xameneiyə qarşı təhqir və təhdidlərini kəskin şəkildə pisləyib və bu ali şəxsiyyətə edilən hücumu bütün İslam ümmətinə və onun müqəddəslərinə təhqir adlandırıb.