İspaniyanın Qranada Universitetinin professorları İmam Əli (ə) hərəmində - FOTO

İspaniyanın Qranada Universitetinin professorları İmam Əli (ə) hərəmini ziyarət edib.

Ərbəin ziyarətçilərini qəbul etmək proqramı çərçivəsində İmam Əlinin (ə) hərəmi İctimaiyyətlə Əlaqələr Departamenti vasitəsilə Qranada Universitetinin tarixi məsələlər və dramaturgiya üzrə ixtisaslaşmış mütəxəssisləri və alimlərindən ibarət İspaniya nümayəndə heyətini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, qonaqlar Əmirəl-mömininin (ə) hərəmini ziyarət ediblər. 

Nümayəndə heyətinin rəhbəri, İslam tarixi üzrə ixtisaslaşmış professor Antonio Robida səfər və onun məqsədi ilə bağlı belə deyib:

"Biz burada İmam Əlinin (ə) hərəmində olmaqdan məmnunuq və İmam Hüseynin (ə) hərəmini də ziyarət etmişik.

Mən Ərbəin ziyarətinin müsəlmanları və qeyri-müsəlmanları dinc və humanist bir atmosferdə bir araya gətirdiyini gördüm.

Bu, bizim İraqa ilk səfərimizdir və biz inanırıq ki, xüsusilə Ərbəin ziyarəti kimi böyük səfərlər zamanı xalqlar arasında mədəniyyət mübadiləsi imkanı var.".

Müqəddəs hərəmdə ziyarətçilərə göstərilən xidmətlərə gəlincə, o deyib:

"Biz dünyanın heç bir yerində ziyarətçilərə bu cür yüksək səviyyədə və təmənnasız, heç bir qarşılıq gözləmədən xidmət edilməsinə və qonaqpərvərlik və xidmətlərə rast gəlmədik. ."

Xəbəri paylaş

VİDEOLAR