Yəmən Ənsarullah Hərəkatı ABŞ və İsrail gəmilərini hədəfə alıb

Yəmən Ənsarullah Hərəkatı ABŞ və İsrail gəmilərini hədəfə alıb

Yəmən Ənsarullah Hərəkatı silahlı qüvvələri Ədən körfəzində Amerika gəmisi və esminesini, Hind okeanında isə İsrail gəmisini hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatı silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seə Ənsarullah qüvvələrinin Ədən körfəzində Amerika gəmisi və esminesini, Hind okeanında isə İsrail gəmisini hədəf aldığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, Yəmən Ordusunun Hərbi Dəniz Qüvvələri Ədən körfəzindəki Amerika gəmisini (MAERSK YORKTOWN) çoxlu sayda uyğun raketlə hədəfə alıb.

Açıqlamaya görə, Hind okeanında keçirilən başqa bir əməliyyatda İsrail gəmisi (MSC VERACRUZ) PUA ilə hədəfə alınıb.

Qəzzaya qarşı daha üç əməliyyatda yəmənlilər Ədən körfəzində iki Amerika esminesini və Hind okeanında bir İsrail gəmisini hədəfə alıblar.

Xəbəri paylaş

VİDEOLAR