HƏMAS və FƏTH Pekində danışıqlar apardı

HƏMAS və FƏTH Pekində danışıqlar apardı

Fələstinin HƏMAS və FƏTH hərəkatları Pekində Çinin vasitəçiliyi ilə milli barışığa dair danışıqlar aparıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş Çin tərəfinin dəvəti ilə baş tutub.

Qeyd edilib ki, FƏTH və HƏMAS nümayəndələri Fələstində milli barışıq məsələsinə dair “dərin və səmimi” dialoq keçiriblər.

Bildirilib ki, hər iki tərəf dialoq və məsləhətləşmələr yolu ilə siyasi konsensusun əldə edilməsində maraqlı olduğunu ifadə edib.

Əlavə edilib ki, görüş zamanı tərəflər bir çox məsələlərlə bağlı “ümidverici irəliləyişə” nail olublar və “qısa zamanda Fələstinin birliyi və həmrəyliyinin təmin edilməsi üçün dialoq prosesini davam etdirməyə razılaşıblar“.

Çin XİN-in məlumatına görə, hər iki hərəkat bu təşəbbüsünə görə rəsmi Pekinə öz təşəkkürlərini ifadə edib.

Xatırladaq ki, FƏTH və HƏMAS arasındakı analoji formatda milli barışıq danışıqları fevral ayında Moskvada keçirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR