Yəmən Silahlı Qüvvələrinin sözçüsü İsrail rejiminə qarşı dörd pilotsuz uçuş aparatı (PUA) əməliyyatı həyata keçirildiyini bildirib. Məlumata görə, əməliyyatlardan birində işğalçı rejimin Baş Qərargah binası hədəf alınıb.
Yəmən ordusunun açıqlamasında deyilir:
-
İsrail rejiminə qarşı dörd PUA əməliyyatı icra edildi.
-
Düşmənin Baş Qərargah binası işğal olunmuş Yafada (Təl-Əviv) “Səmad-4” pilotsuz təyyarəsi ilə vuruldu.
-
Xədira elektrik stansiyası, Yafadakı (Təl-Əviv) Lod (Ben-Qurion) hava limanı və Əşdod limanı üç PUA ilə hədəf alındı.
-
Əməliyyatlar uğurla həyata keçirildi və məqsədlərinə çatdı.
Bəyanatda həmçinin qeyd olunub ki, “MSC ABY” adlı gəmi Qırmızı dənizin şimalında, işğal altındakı Fələstin limanlarına giriş qadağasını pozduğu və İsrail rejimi ilə əlaqəsi olduğu üçün iki PUA və bir qanadlı raketlə vurulub. Hücumun birbaşa hədəfə dəydiyi bildirilib.
Yəmən Silahlı Qüvvələri vurğulayıb ki, Qəzzadakı qardaşlarına dəstək olmaq üçün əməliyyatlar davam edəcək, ta ki, təcavüz dayandırılsın və mühasirə qaldırılsın.