Yəmən Dronu Eylatda Partladı: 24 Yaralı, İkisi Ağır

2 Dəq Oxuma Müddəti

İsrail mediası: 24 yaralı var

İsrailin “Kan” telekanalının məlumatına görə, çərşənbə günü axşam saatlarında Eylat şəhərində Yəməndən buraxılan pilotsuz uçuş aparatının partlaması nəticəsində azı 24 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə şəhərin mərkəzində yerləşən məşhur “Club Hotel” turizm kompleksi yaxınlığında baş verib. Bu ərazi İsrailin ən çox ziyarət edilən turistik mərkəzlərindən hesab olunur.

Müdafiə sistemləri uğursuz oldu

İsrail mediası partlayışdan əvvəl şəhərdə sirenlərin səsləndiyini, ardınca iki güclü partlayış səsinin eşidildiyini yazıb. “Ordunun radiosu” isə açıqlayıb ki, hava hücumundan müdafiə sistemi dronu vurmaq üçün iki raket atsa da, heç biri hədəfi məhv edə bilməyib. Bu səbəbdən İsrail ordusunda əməliyyatın uğursuzluğu ilə bağlı daxili araşdırma başladılıb.

İkinci insident

Bu, son bir həftə ərzində Eylatda baş verən ikinci oxşar hadisədir. Ötən cümə axşamı Yəmənə məxsus başqa bir pilotsuz aparat “Naviye” hotelinə çırpılaraq dağıntılara səbəb olmuşdu. Ard-arda baş verən hücumlar İsrailin cənubundakı təhlükəsizlik durumunu daha da gərginləşdirib.

Ansarullahdan açıqlama

Eyni zamanda, Yəməndə “Ənsarullah” hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Farah İsrailin təhdidlərinə cavab verib. Onun sözlərinə görə, “kim Sənada öz bayrağını dalğalandırmaqdan danışırsa, əvvəlcə dayanmış Eylat limanını yenidən işlək vəziyyətə gətirməlidir”.

Artan gərginlik

Son aylarda Yəmən ordusunun İsrail hədəflərinə qarşı həyata keçirdiyi hücumların sayı artmaqdadır. Əməliyyatlar əsasən Qəzza zolağında davam edən müharibəyə cavab kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, bu hücumların intensivləşməsi İsrailin cənubunda təhlükəsizlik boşluqlarını daha da qabarıq şəkildə üzə çıxarır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş