“Bayer Leverkuzen”dən Erik ten Haqın baş məşqçi postundan kənarlaşdırılmasının ardından Almaniya mediası Xavini ən real namizəd kimi göstərib. Bildirilir ki, Leverkuzen klubu “Barselona”nın əfsanəsinə rəsmi təklif göndərib, lakin o, təklifi rədd edib.
Xavi cavabında Almaniya Bundesliqasında çalışmaq istəmədiyini bildirib.
Məlumatlara görə, Leverkuzen klubunda baş məşqçi postuna digər namizəd kimi Dortmundun sabiq çalışdırıcısı Edin Terziçin adı önə çıxır.