Üzeyir Hacıbəyli 17-ci Beynəlxalq Musiqi Festivalı Başlayır

1 Dəq Oxuma Müddəti

az.rasthaber.com xəbər verir ki, sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş 17-ci Beynəlxalq Musiqi Festivalı başlayır.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin ICESCO-nun dəstəyi ilə keçiriləcək festival sentyabrın 28-dək davam edəcək.

Festival çərçivəsində Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpoziumlar və ustad dərsləri təşkil olunacaq.

Tədbirlərdə Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar da çıxış edəcəklər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş