Axund barəsində inzibati protokol tərtib edilib
Bakının Buzovna qəsəbəsində fəaliyyət göstərən “İmam Hüseyn” məscidinin axundu Əlizamin Əliyev inzibati məsuliyyətə cəlb olunub.
İçindəkilər
Məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib.
Azyaşlıların dini ayində iştirakı əsas göstərilib
İş materiallarına əsasən, axund bir qrup azyaşlı uşağın məsciddə keçirilən dini ibadətlərdə iştirak etməsinə şərait yaradıb.
Əlizamin Əliyev isə izahatında azyaşlıların məscidə buraxılmasının qadağan edilməsi barədə ona hər hansı rəsmi məlumat verilmədiyini bildirib.
Məhkəmə cərimə qərarı çıxarıb
Məhkəmənin qərarı ilə Əlizamin Əliyev inzibati xəta törətməkdə təqsirli bilinib.
Qərara əsasən, onun barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

