Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) rəhbəri Rafael Mariano Grossi, idarə heyətinin iclasında çıxışı zamanı İranla aparılan danışıqlar barədə açıqlamalar verib.
Grossi qeyd edib ki, xüsusilə iyunda hücuma məruz qalan İranın nüvə proqramı məsələsi Agentliyin əsas diqqət mərkəzində qalır. Onun sözlərinə görə, Tehranla davamlı ünsiyyətdədir və İranın narahatlıqlarını nəzərə alaraq əməkdaşlığın bərpası üçün yollar axtarılır.
O, İranın əməkdaşlığı dayandırmaq qərarını diqqətlə izlədiklərini vurğulayıb və bildiirib ki, İranın daxili qanunları ölkə daxilində hüquqi nəticə doğura bilər, lakin UAEA üçün yeganə hüquqi baza Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) olaraq qalır.
Grossinin sözlərinə görə, Ajansın təhlükəsizlik tədbirləri digər ölkələrdə olduğu kimi, İranda da davam etdirilir. O əlavə edib ki, Təhran və Vyanada keçirilən texniki görüşlərdə praktik addımlar müzakirə olunub və bu istiqamətdə irəliləyiş əldə olunub:
“Ümid edirəm ki, yaxın günlərdə bu danışıqları uğurla yekunlaşdıra biləcəyik və əməkdaşlıq yenidən başlayacaq.” – deyə Grossi bildirib.
Grossi həmçinin, İranın narahatlıqlarını nəzərə almağa hazır olduqlarını qeyd edib və NPT öhdəliklərinin tam icrasının regional sabitlik üçün əvəzsiz olduğunu vurğulayıb.
“Mən beynəlxalq hüquqa inanıram”
UAEA rəhbəri, görüşdən sonra keçirilən mətbuat konfransında isə müzakirələrin doğru istiqamətdə getdiyini deyib. O, İran nüvə obyektlərinin mütləq şəkildə yoxlanılmalı olduğunu bildirib.
İsrailin İranlı nüvə alimlərinə qarşı hücumlarını şərh etməsi istənildikdə isə Grossi belə cavab verib:
“Mən diplomatam, sözdə sadiqəm. Heç vaxt zorakılığı qınamayacağam, sevinməyəcəyəm və ya təsdiqləməyəcəyəm. Mən beynəlxalq hüquqa və dialoqa inanıram.”
O, İranın dünyanın ən çox yoxlanılan ölkələrindən biri olduğunu xatırladaraq, UAEA-nın heç vaxt kənara məlumat ötürmədiyini vurğulayıb.
Grossi həmçinin İranın təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşdüklərini, bu məsələnin də son görüşlərdə müzakirə edildiyini bildirib.
Qeyd edək ki, İran parlamenti iyunun 26-da qəbul etdiyi və Konstitusiyanı Mühafizəçilər Şurasının təsdiqlədiyi qanuna əsasən, hökumət UAEA ilə əməkdaşlığı dayandırmaq və denetçilərin girişini yasaqlamaq öhdəliyi daşıyır. Bu qərar yalnız İranın nüvə hüquqları tanındığı və təhlükəsizlik zəmanətləri verildiyi halda ləğv edilə bilər.
Bu çərçivədə İran hazırda UAEA ilə yeni bir “əməkdaşlıq modeli” üzərində danışıqlar aparır. İran xarici işlər naziri Abbas Erakçi də sentyabrın 6-da açıqlamasında, Vyanada keçirilən son görüşün müsbət keçdiyini bildirib.