Türkiyə İranlı şəxslərə və qurumlara qarşı addım atdı
Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının qərarı əsasında bəzi iranlı şəxslərin və qurumların ölkədəki mal varlıqlarını, bank hesablarını və digər mülkiyyətlərini dondurdu. Bu barədə prezident fərmanı Rəsmi Qəzetdə dərc olunub.
Qərara əsasən, ümumilikdə 20 nəfər iranlı və 18 təşkilat sanksiyalar siyahısına salınıb. Addım beynəlxalq arenada İrana qarşı tətbiq edilən sanksiyaların yenidən qüvvəyə minməsi fonunda atılıb.
Mal varlıqları dondurulan şəxslər
Qərara əsasən, aşağıdakı şəxslərin mal varlıqları bloklanıb:
Davud Ağaçani, Əmir Müəyyəd Əlai, Bəhman Əskərpur, Məhəmməd Fədai Aşiyani, Abbas Rza Aşiyani, Haleh Bəxtiyar, Murtəza Behzad, Seyyid Hüseyn Hüseyni, Əli Haciniya Leylabadi, Həmid Rza Muhacirani, Cəfər Muhəmmədi, Ehsan Monacemi, Hoşəng Nobar, Məhəmməd Kannadi, Emir Rahimi, Cavad Rahiki, Abbas Rəşidi, M. Cavad Kerimi Sabet, Seyyid Cabir Safdari və Qasım Süleymani.
Sanksiya tətbiq olunan qurumlar
Bloklanan qurumlar sırasında İran Atom Enerjisi Təşkilatı, Sepah Bankı və Sepah Bank International, İsfahan Nüvə Yanacağı Araşdırma və İstehsal Mərkəzi, İsfahan Nüvə Texnologiyaları Mərkəzi, First East Export Bank, İrano Hind Shipping Company, IRISL Benelux NV, Cəbri ibn Həyyan Mərkəzi, Kərəc Nüvə Araşdırma Mərkəzi, Kavoshyar Company, Mesbah Energy Company, Modern Industries Technique Company, Novin Energy Company, Kənd Təsərrüfatı və Tibb Nüvə Araşdırma Mərkəzi, Pars Trash Company, Pishgam Energy Industries, South Shipping Line İran və Tamas Company yer alır.
İcra və məsul qurumlar
Prezident fərmanına görə, qərar bu gündən qüvvəyə minib və onun icrasına Türkiyə Xəzinə və Maliyyə Nazirliyi nəzarət edəcək.
Bu addım Ankaranın beynəlxalq sanksiya mexanizmlərinə uyğun hərəkət etdiyini göstərməklə yanaşı, regiondakı diplomatik balanslara da təsir edə bilər.