Türkiyə Millisi Bolqarıstanda Tarixi Qələbə Qazandı

2 Dəq Oxuma Müddəti

Bolqarıstan-Türkiyə oyunu tarixə düşdü

2026-cı il FIFA Dünya Kuboku Avropa seçmə mərhələsinin E qrupunda mübarizə aparan Türkiyə milli futbol komandası Bolqarıstanda tarixi qələbəyə imza atıb. Ay-ulduzlu komanda səfərdə rəqibini 6:1 hesabı ilə məğlub edərək, Bolqarıstanı öz meydanında ilk dəfə məğlub edib

Bu nəticə ilə Türkiyə millisi, Bolqarıstanla indiyədək keçirdiyi 10-cu qarşılaşmada (7-si yoldaşlıq, 3-ü rəsmi oyun) ilk səfər qələbəsini əldə edib. Bundan öncə Türkiyə millisi Bolqarıstanda oynadığı 10 matçda heç vaxt qalib gəlməmişdi.

Qrup mövqeləri dəyişdi

Əldə olunan qələbədən sonra Türkiyə 6 xalla qrupda ikinci pilləyə yüksəlib. Oyundan əvvəl Gürcüstanın top fərqinə görə gerisində olan Türkiyə milli komandası, Gürcüstanın İspaniyaya 2:0 hesabı ilə uduzmasından sonra irəli çıxıb.

E qrupunun lideri isə üç oyunda üç qələbə qazanan İspaniyadır. Bolqarıstan isə xal toplaya bilmədiyi üçün son sırada yer alır. Türkiyə növbəti matçını 14 oktyabrda Kocaelidə Gürcüstana qarşı keçirəcək.

Kenan Yıldız və Arda Güler parladı

Bolqarıstan üzərindəki tarixi qələbədə Kenan Yıldız mühüm rol oynayıb. O, qarşılaşmada iki dəfə fərqlənərək, milli komanda forması ilə ilk dəfə bir oyunda iki qol sevinci yaşayıb.

Komandanın digər gənc ulduzu Arda Güler də qarşılaşmada adını tabloya yazdırıb. Bu, Ardanın milli forma ilə vurduğu 6-cı qol olub.

Montella dövrünün ən fərqli qələbəsi

İtaliyalı baş məşqçi Vinçenzo Montella rəhbərliyi altında Türkiyə millisi ən böyük hesablı qələbəsini məhz bu oyunda əldə edib. Daha əvvəl Konya şəhərində Latviyanı 4:0 hesabı ilə məğlub edən komanda, Bolqarıstan səfərində bu göstəricisini geridə qoyub.

6:1 hesablı bu nəticə Türkiyə millisinin tarixində ən fərqli qələbələrdən biri kimi qeydiyyata alınıb. Bundan əvvəl Türkiyə San Marino, Cənubi Koreya və Suriyanı 7:0, Litva, Cəbəllütariq və Qazaxıstanı 6:0 hesabı ilə məğlub etmişdi. Bolqarıstana qarşı alınan 6:1 hesablı nəticə isə 5 fərqlə qazanılan səkkizinci qələbə kimi tarixə düşüb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş