Trampın Qəfil Etirafının Pərdəarxası: Sionizmin ABŞ-dakı Nüfuzu Zəifləyir

3 Dəq Oxuma Müddəti

Məşhur ərəb analitiki Əbdülbari Ətvan, İsrail Baş naziri Netanyahunun “şok və qorxutma” siyasəti ilə Qəzza müqavimətini ram edə bilməyəcəyini bildirərək, ABŞ sabiq prezidenti Donald Trampın İsrailin ABŞ-dakı mövqeyinin zəifləməsi ilə bağlı qəfil etirafını şərh edib.

“İsrail Konqres üzərində hakimiyyətini itirib”
Ətvan “Rai al-Youm” qəzetində dərc olunan baş məqaləsində Trampın “Daily Caller” saytına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə diqqət çəkib. Tramp açıq şəkildə etiraf edib ki, İsrailin Konqresdəki təsiri artıq sona çatır, gənc respublikaçılar arasında İsrailə nifrət sürətlə artır.

Tramp deyib ki, bir vaxtlar İsrail Konqresdə ən güclü lobbi gücünə sahib idi, lakin indi bu qüvvə mövcud deyil. Onun sözlərinə görə, “bəlkə İsrail döyüş meydanında qazanır, amma ictimai rəyin müharibəsində uduzur”.

Ətvan: Tramp bu sözləri təsadüfən deməyib
Ətvan qeyd edir ki, Tramp bu açıqlamaları ABŞ administrasiyasının ciddi təzyiqləri fonunda edib. Çünki İsrailin Qəzzada apardığı soyqırım və aclıq siyasətinə verdiyi dəstək həm ABŞ daxilində, həm də beynəlxalq miqyasda Vaşinqtonun imicinə ciddi zərbə vurub.

İsrail Qərb üçün yükə çevrilib
Ətvanın məqaləsində vurğulanan əsas məqamlar:

  • Qəzza müharibəsi göstərdi ki, ABŞ-ın bütün dəstəyinə baxmayaraq, İsrail “məğlubedilməz” deyil.

  • 7 oktyabr 2023-dən sonra Qəzzada həyata keçirilən soyqırım ABŞ daxilində, xüsusilə gənclər arasında siyasi sistemə etimadsızlıq və İsrailə qarşı nifrət dalğası yaradıb.

  • İsrail Qərbin Yaxın Şərqdəki “dayaq nöqtəsi” olmaqdan çıxaraq sürətli çöküş mərhələsinə qədəm qoyub.

  • Qəzza müharibəsi sionizmin illərdir dünyaya sırıdığı “məsumiyyət” və “antisemitizm” miflərini darmadağın edib. 64 mindən çox mülki şəxsin, əsasən qadın və uşaqların qətli sionizmin həqiqi simasını üzə çıxarıb.

  • İsrailin Qəzzada və Livanda müqavimət liderlərini hədəfə alması “qələbə” deyil, əksinə, 7 oktyabrda baş verən böyük kəşfiyyat fiaskosunu gizlətmək cəhdidir.

“Tramp da məsuliyyət daşıyır”
Ətvan vurğulayır ki, Tramp bu sözləri Qəzza xalqına sevgidən deyil, siyasi-mənəvi məğlubiyyət səbəbilə deyib. Onun sözlərinə görə, Tramp da Netanyahudan az məsuliyyət daşımır və ABŞ bu müharibənin əsas günahkarıdır.

“Müqavimət qalibiyyətə çox yaxındır”
Məqalənin sonunda Ətvan bildirir: Netanyahunun “şok və qorxutma” siyasəti iflasa uğrayıb. HƏMAS və İslami Cihad kimi müqavimət hərəkatlarının dözümü bütün planları puç edib. Qələbə artıq yaxındır və çox keçmədən Tramp özü də İsrailin böyük məğlubiyyətini etiraf etməyə məcbur qalacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş