Trampdan Meloniyə yeni hücum
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında İtaliyanın Baş naziri Corcia Meloni ilə çəkilmiş fotosunu paylaşaraq diqqətçəkən mesaj verib.
Tramp paylaşdığı görüntünün üzərinə “Onun uzaqlaşdırılması lazımdır” ifadəsini əlavə edib.
Gərginlik G7 sammitindən sonra başlayıb
Trampla Meloni arasında qalmaqal G7 Zirvəsindən sonra başlayıb.
ABŞ Prezidenti iyunun 19-da verdiyi müsahibədə Meloninin onunla şəkil çəkdirmək üçün israr etdiyini iddia etmiş və “Mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Razılaşmaq istəmirdim, amma ona yazığım gəldi” demişdi.
Meloni ittihamları rədd edib
İtaliyanın Baş naziri həmin gün sosial media hesabında Trampın açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib.
Meloni cavabında “Nəzərə alınmalıdır ki, nə mən, nə də İtaliya heç vaxt kiməsə yalvarmır” ifadələrini işlədib.
Daha sonra Tramp Meloninin onunla dostluq görüntüsü yaratmaq istədiyini iddia edərək, İranla bağlı hadisələrdən sonra bunun siyasi reytinqini artırmaq məqsədi daşıdığını söyləyib.
Meloni isə buna cavab olaraq Trampın ardıcıl hücumlarını “mənasız” adlandırıb və ABŞ Prezidenti ilə dostluğun ona heç bir siyasi üstünlük qazandırmadığını vurğulayıb.
Polemika böyüməkdə davam edir
Trampın son paylaşımı iki lider arasında son həftələr davam edən qarşılıqlı ittihamların yeni mərhələsi kimi qiymətləndirilir.

