ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı satın alma planına dəstək verməyən Avropa ölkələrinə qarşı iqtisadi təzyiq göstərməyə başlayıb. Tramp administrasiyası 1 fevral 2026-cı ildən etibarən 8 Avropa ölkəsinə yüzdə 10 əlavə gömrük rüsumu tətbiq ediləcəyini elan edib.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın alma təşəbbüsü diplomatik danışıqlardan imtina edilərək iqtisadi təhdid siyasətinə çevrilib. Tramp Vaşinqtonun Qrenlandiya planını dəstəkləməyən Avropa ölkələrini hədəfə alaraq, 1 fevral 2026 tarixindən etibarən yüzdə 10-luq əlavə gömrük vergisinin qüvvəyə minəcəyini açıqlayıb.
Sanksiya siyahısına Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiya daxil edilib. Mütəxəssislər bu addımı “ticarət silahından istifadə etməklə ərazi bazarlığı aparmaq” kimi qiymətləndirirlər.
Avropa paytaxtlarında qərar ABŞ-nin müttəfiqlərinə qarşı açıq iqtisadi təzyiq cəhdi kimi dəyərləndirilir. Eyni zamanda Trampın xarici siyasəti bir şirkət idarə edirmiş kimi yürütməsi ilə bağlı tənqidlər yenidən gündəmə gəlib. Diplomatik mənbələr Vaşinqtonun Qrenlandiya məsələsini təhlükəsizlik mövzusu olmaqdan çıxarıb iqtisadi şantaj alətinə çevirdiyini bildirir.
Analitiklərin fikrincə, Trampın bu addımı NATO daxilində tarazlıqları sarsıda biləcək yeni bir böhran yarada və transatlantik münasibətlərdə ciddi etimad aşınmasına səbəb ola bilər.
