Tramp: Mənə Sui-Qəsd Olsa, İran Görünməmiş Zərbə Alacaq

1 Dəq Oxuma Müddəti

Trampdan sərt xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp New York Post qəzetinə müsahibəsində İran tərəfindən ona qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı açıqlama verib.

Tramp bildirib ki, belə bir hadisə baş verərsə, ABŞ-ın çox sərt hərbi cavab verməsi üçün əvvəlcədən müvafiq göstərişlər verib.

“Görünməmiş səviyyədə bombardman ediləcək”

ABŞ prezidenti deyib ki, Tehran belə bir addım atacağı təqdirdə ağır nəticələrlə üzləşəcək.

Onun sözlərinə görə, mümkün sui-qəsd cəhdi halında İranın “indiyədək görünməmiş səviyyədə bombardman olunması” barədə göstəriş verib.

“Uzun illərdir onların hədəfindəyəm”

Tramp həmçinin uzun illərdir İranın hədəf siyahısında olduğunu iddia edib.

O bildirib ki, bu səbəbdən mümkün təhlükələrə qarşı əvvəlcədən müvafiq tapşırıqlar verilib.

Gərginlik fonunda açıqlama

Trampın bu bəyanatı ABŞ ilə İran arasında son günlər artan gərginlik fonunda səslənib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş