Tramp Kiyevlə Kəşfiyyat Məlumatı Mübadiləsinə Hazırlaşır

1 Dəq Oxuma Müddəti

Trampdan Kiyevlə kəşfiyyat əməkdaşlığına göstəriş

“Financal Times” nəşri xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dövlət qurumlarına Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına hazırlıq görməyi tapşırıb. Məqsəd Kiyevin Rusiya ərazisinin dərinliklərində zərbələr endirməsini asanlaşdırmaqdır. Bununla belə, yekun qərarın verilib-verilmədiyi hələlik bəlli deyil.

“Tomahawk” raketlərinə dair şübhələr

Məlumatda bildirilir ki, Trampın yaxın çevrəsindən bir sıra şəxslər ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketlərinin müharibənin gedişatını dəyişdirə biləcəyinə inanmır. Onların fikrincə, bu silahların döyüş meydanında üstünlük yaratması real görünmür.

ABŞ-da büdcə böhranı və yardımın dayanması riski

Digər tərəfdən, “Teleqraf” qəzeti yazır ki, Ukraynaya hərbi yardım məsələləri ABŞ-da hökumətin qismən bağlanmasından sonra dondurulub. Konqresdə büdcə paketinin qəbul olunmaması Vaşinqtonun Kiyevə dəstəyini qeyri-müəyyən vəziyyətə salıb. Ukrayna tərəfi silah tədarükünün yubana biləcəyi barədə xəbərdarlıq edib.

Bundan əlavə, böhran səbəbindən Ukrayna pilotsuz uçuş aparatlarının ABŞ ordusuna texnologiya ötürülməsi müqabilində kompensasiya razılaşması üzrə danışıqlar da sual altında qalıb. Mövzu ilə bağlı “Uoll Strit Cournal” da Vaşinqtonla Kiyev arasında aparılan müzakirələrə diqqət çəkib.

ABŞ dəstəyinin gələcəyi qeyri-müəyyən qalır

Hazırda hökumətin bağlanması bir çox federal qurumların fəaliyyətinə təsir göstərir və bu, Ukraynaya dəstəyin davamı ilə bağlı əlavə şübhələr yaradıb. Belə bir şəraitdə Tramp administrasiyasının Kiyevlə əməkdaşlıq istiqamətində hansı addımı atacağı beynəlxalq diqqəti cəlb edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş