Tramp: İranla Müharibə Xəbərləri Yalandır

1 Dəq Oxuma Müddəti

“Müharibə barədə yazılanlar doğru deyil”

Donald Trump İranla mümkün müharibə barədə yayılan xəbərlərin qəsdən və yanlış şəkildə təqdim olunduğunu bildirib. O vurğulayıb ki, qərar verən şəxs məhz özüdür və prioriteti hərbi toqquşma deyil, razılaşmanın əldə olunmasıdır.

Trampın sözlərinə görə, İranla razılığa gəlinməməsi həmin ölkə və onun xalqı üçün “çox pis gün” ola bilər.

“Müharibə istəmirik, amma…”

ABŞ Prezidenti qeyd edib ki, ölkənin Baş Qərargah rəisi, general Den Keyn də müharibə görmək istəmir. Bununla belə, Tramp iddia edib ki, əgər İranla hərbi qarşıdurma qərarı verilsə, “qələbə asan olacaq”.

Onun açıqlamaları Vaşinqtonla Tehran arasında artan gərginlik və regionda hərbi hazırlıqla bağlı müzakirələr fonunda səslənib.

ABŞ ictimai rəyində bölünmə

Bu arada University of Maryland tərəfindən keçirilən rəy sorğusu göstərib ki, amerikalıların 49 faizi ABŞ-ın İrana qarşı hərbi hücumuna qarşıdır.

Sorğu nəticələri göstərir ki, ABŞ cəmiyyətində İranla bağlı mümkün hərbi addımlar mövzusunda ciddi fikir ayrılığı mövcuddur.

Hazırda Vaşinqton İranla bağlı həm diplomatik, həm də hərbi variantları gündəmdə saxlayır, lakin Prezident Trampın bəyanatına əsasən, əsas seçim diplomatik razılaşma olaraq qalır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş