Tramp: HƏMAS-ın Qəzza Planına Cavabı Üçün 3-4 Günü Var

2 Dəq Oxuma Müddəti

Tramp: “HƏMAS 3-4 günə qərar verməlidir”

ABŞ Prezidenti Donald Tramp Qəzza münaqişəsinin sona çatdırılması üçün irəli sürdüyü barış planına HƏMAS-ın 3-4 gün ərzində cavab verməli olduğunu bildirib.

Beyaz Saray qarşısında jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, hazırda HƏMAS-ın mövqeyi gözlənilir:
“Üç-dörd gün ərzində vəziyyətin necə olacağını görəcəyik. HƏMAS ya qəbul edəcək, ya da etməyəcək. Əgər etməsə, çox üzücü bir son olacaq.”

Əsir məsələsi və danışıqların çətinliyi

Tramp, Qəzzada saxlanılan bütün əsirlərin dərhal azad edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, HƏMAS-la aparılan danışıqlarda güzəştə gediləcək məqam çox azdır:
“Bizim üçün əsas məsələ əsirlərin azad olunmasıdır. Bu müzakirələrdə hər hansı əlavə manevr sahəsi demək olar ki, yoxdur.”

Venesuela ilə bağlı sərt mesaj

Tramp çıxışında yalnız Yaxın Şərq mövzusu ilə kifayətlənməyib. O, Venesueladakı vəziyyətin getdikcə “çox təhlükəli” hal aldığını bildirib və ABŞ-ın bu ölkə ilə bağlı yaxın zamanda qərar verəcəyini açıqlayıb.

Prezident, Venesueladan ABŞ-a narkotik daşıyan gəmilərə hücum etdiklərini xatırladaraq, həmin əməliyyatlardan sonra “su yoluyla ABŞ-a narkotik girişinin qarşısının tamamilə alındığını” vurğulayıb.

Qəzza üçün 20 maddəlik plan

Xatırladaq ki, bir neçə gün əvvəl Ağ Ev Trampın hazırladığı “Qəzza Münaqişəsini Sonlandıracaq Kapsamlı Plan” adlı 20 maddəlik təklif paketini ictimaiyyətə təqdim etmişdi.

Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında planın mahiyyətini açıqlamışdı. Onun sözlərinə görə, plan qəbul ediləcəyi təqdirdə:

  • Müharibə dərhal dayandırılacaq,

  • İsrail Qəzzadan mərhələli şəkildə geri çəkiləcək,

  • HƏMAS-ın siyasi və hərbi təsiri tamamilə aradan qalxacaq,

  • Bütün əsirlər azad ediləcək.

Netanyahu isə çıxışında planı dəstəklədiyini bildirərək, onun “İsrailin müharibədəki əsas hədəflərinə nail olduğunu” vurğulamışdı.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş