Tramp Bu Dəfə İraqı Təhdid Etdi!

1 Dəq Oxuma Müddəti

ABŞ Prezidenti Donald Tramp, İraqda keçmiş baş nazir Nuri əl-Malikinin yenidən bu vəzifəyə seçilməsinə qarşı çıxdı.

Donald Tramp bildirib ki, əl-Malikinin yenidən hakimiyyətə qayıtması halında ABŞ-ın İraqa verdiyi dəstəyi dayandıracağı ilə bağlı hədədə bulunub.

Tramp Truth Social sosial media platformasında paylaşdığı açıqlamada, “Eşidirəm ki, İraq böyük bir səhv edərək Nuri əl-Malikini yenidən baş nazir postuna gətirə bilər” deyə qeyd edib.

“Əl-Maliki hakimiyyətdə olarkən İraq yoxsulluğa və tam mənası ilə xaosa sürüklənmişdi. Bunun yenidən baş verməsinə icazə verilməməlidir” deyən Tramp, açıqlamasında əlavə olaraq bunları bildirib:

“Dəlisov siyasətləri və ideologiyaları səbəbindən əgər (Nuri əl-Maliki) seçilərsə, ABŞ artıq İraqa yardım etməyəcək və biz orada olmasaq, İraqın uğur, rifah və ya azadlıq üçün heç bir şansı olmayacaq. İraqı yenidən möhtəşəm (bir ölkə) edin.”

ABŞ Dövlət katibi Marko Rubio da İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə telefon danışığı zamanı əl-Malikinin yenidən baş nazir seçilmə ehtimalının onları narahat etdiyini bildirib.

ABŞ, İranın dəstəklədiyi silahlı qrupların İraq hökumətində yer alacağı təqdirdə, iraqlı siyasətçilərə qarşı sanksiyalar tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş