Tehranı Vurmağa Çağıran Zelenskiyə İrandan Reaksiya

1 Dəq Oxuma Müddəti
JPEGmini

İranın xarici işlər naziri Abbas Əraqçi muzdlu döyüşçülərdən ibarət Ukrayna ordusundan fərqli olaraq, iranlıların özlərini necə qoruyacaqlarını çox yaxşı bildiklərini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Vladimir Zelenskinin Qərb ölkələrinə “Tehranı vurmaq” çağırışına cavab verib.

Əraqçi X sosial şəbəkəsində paylaşımında yazıb: “Cənab Zelenski, dünya axmaq təlxəklərdən bezib. Xarici dəstəyə arxalanan və muzdlu döyüşçülərlə dolu olan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və yadlardan kömək dilənməyə qətiyyən ehtiyacımız yoxdur.”

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Davosdan sonra verdiyi açıqlamalarda İrana doğru böyük bir hərbi donanma göndərdiklərini bildirmişdi. Kiyev rejiminin rəhbəri Vladimir Zelenski isə İrandakı etirazlara işarə edərək ABŞ-ı Tehranı vurmağa çağırmışdı. Zelenski heç bir sübut təqdim etmədən İranı Rusiyaya pilotsuz uçuş aparatları verdiyini iddia etmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş