ABŞ-da Tramp administrasiyasının İrana yönəlik təhdidləri davam edərkən, Reuters agentliyinə danışan iranlı yüksək rütbəli bir rəsmi bildirib ki, Tehran bölgədəki ABŞ müttəfiqlərinə Vaşinqtonun İrana mümkün hücumunun qarşısını almaq üçün çağırış edib. Rəsmi şəxsin sözlərinə görə, “Tehran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tutmuş Türkiyəyədək bölgə ölkələrinə, ABŞ-ın İranı hədəf alacağı təqdirdə bu ölkələrdə yerləşən ABŞ bazalarının hücuma məruz qalacağı barədə məlumat verib.”
